Mobil versiya
Bakıda ana bətnində dölə qan köçürüldü
Tarix: 9-10-2017, 16:48 | Saat: 15:47:00
Bölmə:Səhiyyə / Karusel | çapa göndər

Bakıda ana bətnində dölə qan köçürüldü


Azərbaycan Tibb Universitetin Tədris Cərrahiyyə Klinikasında hələ ana bəninə olan döldəki problem aradan qaldırılıb.

Universitetdən Modern.az-a verilən məlumata görə, xXəstə Klinikanın Mama-Ginekologiya şöbəsinə müraciət edib.

Şöbə müdiri Uzm.Turab Canbaxışovun sözlərinə görə, xəstə hamiləliyin əvvəlində klinikaya gəlib: “Bu, xanımın 4-cü hamiləliyi idi.

Birinci hamiləliyindən sağlam bir qız övladı dünyaya gəlib, ikinci dəfəuşaq doğulduqdan sonra vəfat edib, üçüncü döl bətndə tələf olub.

Xanımda həyat yoldaşı ilə qan uyğunsuzluğu problemi var idi. Adətən belə uyğunsuzluq zamanı anaya xüsusi iynə vurulmalıdır. Görünür, bu halda həmin dərman vurulmayıb, yaxud da təsir göstərməyib”.
Xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasında nəzarətdə saxlanılıb. Hamiləliyin 24-cü həftəsində ultrasəs müayinəsi nəticəsində döldə maye yığıldığı müşahidə olunub:

“Bu, dölün qan damarında parçalanmanın bir əlamətidir. İlk dəfə 24 həftəlikdə qan köçürməsi etdik. Alınan nümunələrdən vəziyyətin kritik olduğu göründü, dölün qan dəyəri 140-dan yuxarı olmalı halda, 17 idi.

Vurulan qan sayəsində nəticə 160a qalxdı. Həmin prosedur 27-ci və 32-ci həftələrdə təkrarlandı. Çünki bizim verdiyimiz qan özündə qan əmələgətirmə qabilliyyətinə malik deyil və müəyyən dövr sonra parçalanır. Nəhayət, 36-cı həftədə keysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirdik”.
Nəticədə 2.6 kq çəkili sağlam bir övlad dünyaya gəlib. Körpə 3gün klinikanın neanotologiya şöbəsində qaldıqdan sonra evə buraxılıb.T.Canbaxışovun sözlərinə görə, Azərbaycanda artıq 5-ci uşaqdır ki, bu əməliyyatın köməyilə sağ-salamat doğulub:

“Sayca artıq 17-ci dəfədirki, ana bətnində dölə qan köçürürük. Qanköçürülməsi də kiçik bir əməliyyat sayılır. Ana ağrı hiss etməsin deyə yatırılır, sonra iynə ilə göbək ciyəsindən girərək, dölün qan dəyərlərini ölçürük. Və ona uyğun dəyərdə qan ötürürük”.

aia.az



5283 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930