Mobil versiya
Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri qalxdı
Tarix: 26-10-2015 | Saat: 15:23
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri qalxdı
Ölkədə bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri qalxıb. Şəhərin marketlərində apardığımız müşahidələrin nəticələrinə görə, yuyucu vasitələr, şampunlar, saç boyaları bahalaşıb

PİA.AZ Publika.az-a istinadən xəbər verir ki, “Fairy” qab şampunu, “Ariel” yuyucu tozlarının qiymətlərində 30-40 qəpik bahalaşma baş verib.

Belə ki, oktyabrın əvvəlində 1,5 kq-lıq “Ariel” yuyucu tozlarının qiyməti 4,50 manat idisə, hazırda 4,95 manatdır.

Eləcə də “Fairy” qab şampununun 2 litri 2,09 manatdan 2,40 manata yüksəlib.

Şaç şampunları və boyaların qiymətlərində də 20-30 qəpik artım var.

Qida məhsullarından isə çaylar bahalaşıb. “Beta” çaylarının qiymətində 10 qəpik artım olub. Xüsusilə, “Azersun” Holdinqin istehsalı olan ərzaqlar əvvəlki ayla müqayisədə bahalaşıb. İstehsalı şirkətə məxsus qəndin və “Ana Bala” əridilmiş yağının qiymətində də müvafiq olaraq 10 qəpik artım var.

Nəzərə çatdıraq ki, bahalaşma ilə bərabər, müəyyən qiymət azalmaları da baş verib. Məsələn, Türkiyədən idxal edilən “Şölen Çikolata Gida San və TİC A.Ş.”-yə məxsus qablaşdırılmız şirniyyat məhsullarının qiyməti 5 qəpik ucuzlaşıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə