Mobil versiya
“Neftçi”nin yeni baş məşqçisi məlum oldu
Tarix: 07-09-2017 | Saat: 22:33
Bölmə:İdman / Karusel | çapa göndər

“Neftçi”nin yeni baş məşqçisi məlum oldu







Topaz Premyer Liqasının ilk iki turundan sonra baş məşqçisi Elxan Abdullayevlə yolları ayıran “Neftçi”ni çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib.

Aia.az Futbol11-ə istinadən xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçi postuna Tərlan Əhmədov təyin edilib.

Son olaraq AZAL-ı çalışdıran çalışdırıcı ilə danışıqlar müsbət yekunlaşıb. Komandaya müvəqqəti olaraq rəhbərlik edən əvəzedici heyətin çalışdırıcısı Elşad Əhmədov paytaxt klubunu bir neçə oyuna çıxardıqdan sonra əvvəlki işinə qayıdacaq.

Xatırladaq ki, Tərlan Əhmədov 2011/13-cü illərdə “Neftçi”də köməkçi məşqçi kimi çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024