Mobil versiya
Neymar və Koutinyo "Real"da oynamağı arzulayırmış
Tarix: 30-08-2017 | Saat: 22:24
Bölmə:İdman | çapa göndər

Neymar və Koutinyo "Real"da oynamağı arzulayırmış








"Marca" nəşri 2008-ci ilin martında Filippe Koutinyo və Neymardan eyni vaxtda alınan müsahibəni yenidən oxuculara təqdim edib.

Goal.az xəbər verir ki, müsahibə zamanı hər iki futbolçu "Real"da oynamaq istədiklərini bildirib. Onlar vaxtilə "kral klubu"nun şərəfini qorumuş Robinyoya simpatiyalarını da ifadə ediblər.

Koutinyo: Mən Robinyonu televizorda izləyərək "bisiklet" zərbəni vurmağı öyrəndim. Sevimli komandalarım "Real" və "Barcelona"nın oyunlarına baxmağı çox sevirəm.

Neymar: Robinyo kimi, mən də 7 yaşımda "Santos"a gəlmişəm. Hər şeydə, xüsusilə driblinqdə onu təqlid etməyə çalışıram. İspaniya futbolunu bəyənirəm. La Liqa yüksək sürətə və keyfiyyətə malikdir.

- Arzularınızın komandası hansıdır?

Koutinyo: "Real Madrid". O, dünyada ən yaxşı klubdur.

Neymar: "Real Madrid".

- Avropanın hansı liqasında oynamaq istərdiniz?

Koutinyo: İspaniya Primerasında. Orda Robinyo və Ronaldinyo kimi ulduzlar çıxış edir.

Neymar: İspaniya Liqası. Xüsusi bir çempionatdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024