Mobil versiya
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun vaxtı uzadılıb
Tarix: 15-08-2017 | Saat: 10:37
Bölmə:Manşet | çapa göndər

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun vaxtı uzadılıb








Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən Aia.az-a daxil olan xəbərə görə, tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq qeydiyyat prosesinin vaxtı avqustun 22-dək uzadılıb.

İyulun 17-dən transfer.edu.az portalından 600 nəfər tələbə orta ixtisas, 3070 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024