AZ RU Mobil versiya
“Bu oyun penaltilər seriyasına qədər də uzana bilər” - Qurban Qurbanov
Tarix: 31-07-2017 | Saat: 22:35
Bölmə:İdman | çapa göndər

“Bu oyun penaltilər seriyasına qədər də uzana bilər” - Qurban Qurbanov







“Sabahkı oyunda şansları bərabərdir. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir”.
Aia xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Şerif”lə (Moldova) cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov deyib ki, mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcəyi üçün sabah hər iki komandanı çətin və maraqlı mübarizə gözləyir:

“Rəqibimiz təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm. Bu oyun penaltilər seriyasına qədər də uzana bilər. Düzdür, penaltilər futbolun bir hissəsidir. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna kökləməyə çalışmışıq”.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5531 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2021
19-01-2021