Mobil versiya
Əli Abbasov işçilərinə tapşırıq verdi
Tarix: 22-10-2015 | Saat: 16:46
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Kollegiya iclası keçirildi.

Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.

Bu sözləri Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bu keçirilən kollegiya iclasında bildirib.

“Ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərrüfatlarının 58.3%-də kompüter var və 75.2% ev təsərrüfatı internetə çıxışa malikdir”-deyə, nazir qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycan internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır:

“İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 99%-i açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilib”.

Nazir qeyd edib ki, sektorun gəlirlərində artım müşahidə edilib:

“Sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.6% artıb. Sahə üzrə sektorda əldə olunan gəlirlərin təxminən 81.1%-i isə özəl sektorun payına düşüb”.

Bundan başqa, nazir sektorda xidmət keyfiyyətinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişafına xidmət edən, rəqabətqabiliyyətli məhsul istehsalına əsaslanan ixracyönümlü layihələrə xüsusi diqqət verilməsi, özəl sektorun və innovativ sahibkarlığın fəaliyyəti üçün geniş imkanlar yaradılmasına və inkişafına dəstək verən liberal addımların atılması, vahid rəqəmsal bazar konsepsiyası üzərində işlərin davam etdirilməsi, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasına yönələn elektron xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsi ilə bağlı tapşrıqlar verib.

Ə. Abbasov mobil rabitə və genizolaqlı internetin inkişafı istiqamətində görülən işlərin sürətləndirilməsi, kosmik sahə üzrə layihələrin icrasının davam etdirilməsi, poçt sektorunun rentabelli fəaliyyətinin təmin edilməsi məqsədilə modern poçt xidmətlərinin çeşidlərinin artırılması, kibertəhlükəsizlik və informasiyaların qorunması sahəsində tədbirlərin gücləndirilməsi, eyni zamanda noyabr ayının 1-də Milli Məclisə keçirilən seçkilər çərçivəsində dairə və məntəqələrin keyfiyyətli rabitə ilə təmin edilməsi, müşahidə kameralarının fasiləsiz işinin təşkili ilə bağlı da müvafiq göstərişlər verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə