Mobil versiya
Bakıda partlayışda yaralanan ər-arvadla bağlı YENİ XƏBƏR
Tarix: 06-07-2017 | Saat: 16:51
Bölmə:Gündəm | çapa göndər

Bakıda partlayışda yaralanan ər-arvadla bağlı YENİ XƏBƏR




İyulun 21-nə keçən gecə Bakı şəhərinin Səbail rayonunda baş vermiş güclü partlayış nəticəsində ağır xəsarət alan ər və arvadının müalicəsi davam etdirilir.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, bədəninin 65 faizinin yanğını diaqnozu ilə Respublika Yanıq Mərkəzinə daxil olan 1979-cu il təvəllüdlü Çıraqzadə Pərvanə Müzəffər qızının həyatına təhlükə qalmayıb və o, reanimasiyadan palataya köçürülüb. Lakin daha ağır xəsarət alan, yəni bədəninin 75 faizi yanmış 1968-ci il təvəllüdlü Çıraqzadə Asif Knyaz oğlunun isə vəziyyəti hələ də ağır qiymətləndirilir və müalicəsi reanimasiya şəraitində davam etdirilir.

Qeyd edək ki, Asif Çıraqzadə və həyat yoldaşı Neftçi Qurban küçəsindəki mənzillərində olarkən gecə saatlarında qaz qoxusu hiss ediblər və işığı yandırarkən dəhşətli partlayış baş verib. sonradan məlum olub ki, partlayışa binanın blokuna sızmış qaz səbəb olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024