Mobil versiya
Azərbaycanda 15-17 yaşlı gənc qadınlar abort etdirib - ƏN SON STATİSTİKA
Tarix: 04-07-2017 | Saat: 16:16
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər

Azərbaycanda 15-17 yaşlı gənc qadınlar abort etdirib - ƏN SON STATİSTİKA



2016-cı ildə Azərbaycanda 34569 abort qeydə alınıb. Bu barədə Modern.az-aın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, 15-17 yaşlı xanımlar da abort üçün müraciət edib:

“Belə ki, 15-17 yaşlı qadınlar ümumi abortların 0,1 faizini, 18-19 yaşlı qadınlar 3,6 faizini, 20-24 yaşlılar 22,5 faizini, 25-29 yaşlılar 32,6 faizini, 30-34 yaşlılar 25,8 faizini, 35 yaşdan yuxarı olanlar isə 15,4 faizini təşkil edib”.

R.Süleymanov bildirib ki, abortların ümumi sayından birinci hamiləliyin pozulması ilə bağlı (mini abortlar, dərman vasitəsilə ilə aparılan abortlar istisna olmaqla) 978 hal qeydə alınıb.

Məlumat üçün bildirək ki, 2016-cı ildə 2015-ci illə müqayisədə 7117 nəfər çox qadın abort etdirib. Belə ki, 2015-də Azərbaycanda 27452 qadın aborta gedib ki, onlardan 16031 nəfəri 15-29 yaş arasında olan gənclər olub. Həmin il 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb. Qadınlardan 50 nəfəri 15-17 yaş arasında olanlardır. 18-19 yaş aralığında olan 1425 qadın, 20-24 yaş arası 5983 qadın, 25-29 yaş arası 8573 qadın abort etdirib.

Qeyd edək ki, Azərbaycanda həkimin tibb müəssisələrindən kənarda abort etməsinə görə cəza ağırlaşdırılır. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Hazırki qanunvericiliyə əsasən, həkim tərəfindən kənarda abort etməyə görə 200 manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəza kəsilir. İndi isə cərimə məbləğinin 500 manatdan 1000 manatadək artırılması təklif edilir.

Bundan başqa, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə də cərimənin miqdarı artırılır. Belə ki, indiyədək onlar 300 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılırdı. Təklifə əsasən isə cərimənin məbləği 1000 manatdan 1500 manatadək artırılır.

Cinayət Məcəlləsinə əsasən, zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 300 manatdan 500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Burada qeyd olunan cərimənin məbləği 2 min manatdan 3 min manata qədər artırılması təklif edilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024