Federasiya təkzib etdi, Toğrulun baş məşqçisi isə "Yaxşı şərtlər təklif etdilər" dedi
Tarix: 30-06-2017 | Saat: 12:31
Bölmə:İdman / Karusel | çapa göndər
Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sizdə olan məlumat səhvdir və bu keçid mümkün deyil.
AİA.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib.
Qurum rəsmisi Olimpiya çempionu Toğrul Əsgərovun vətəndaşlığını dəyişməsi ilə bağlı yayılan səbəblərə münasibət bildirib. Onun sözlərinə görə, 25 yaşlı pəhləvanın xidmətində heç bir maraqları yoxdur:
"Daxili yarış keçirirdik. Turnirin nüfuzunu qaldırmaq üçün bura bir neçə tanınmış simalar dəvət etmişdik. Onlar arasında Azərbaycan və İrandan olan tanınmış güləşçilər də vardı. Ölkənizdən Toğrul Əsgərovla Hacı Əliyevə dəvət göndərmişdik. Bunu qeyri-adi qarşılamaq olmaz. Bu güləşçilər Yay Olimpiya Oyunları ilə yanaşı, dünya və Avropa çempionatında öz sözlərini deyiblər. Əsgərov Olimpiadada 2 dəfə final güləşib, onlardan birində qızıl medal alıb. Əliyev isə Rio-2016-da mükafatçılar sırasına düşüb, dünya və Avropa çempionatının qalibi adını qazanıb".
Azərbaycan və Türkmənistan Güləş Federasiyalarının sıx əlaqəsinin olduğunu vurğulayan Xanməmmədov pəhləvanlarımızı özbaşına dəvət etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, bununla bağlı yerli federasiyadan rəsmi icazə alınıb.
XXX
Dünən yayılmış məlumata görə, sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü, olimpiya çempionu Toğrul Əsgərov Türkmənistan milli komandasının heyətinə keçid barədə qərar qəbul edib.
Azerisport xəbər verir ki, Toğrul Əsgərovun şəxsi məşqçisi Elman Əsgərov bununla bağlı deyib:
"Toğrulla birlikdə Türkmənistana gəldik, bu ölkənin güləş federasiyasının təmsilçiləri ilə görüşdük. Onlar bizə yaxşı şərtlər təklif etdilər, lakin hələ yekun qərar verməmişik".
Çempionun məşqçisi idmançının yaşadığı problemlər barədə danışıb: "Bizim ciddi maliyyə problemlərimiz var. Mən bir ilə yaxındır ki, maaş almıram, amma ailə dolandırmalıyam. Toğrul əməliyyat olunmalıdır, lakin onunla heç kim məşğul olmur. Bu səbəbdən İslam Oyunlarını da buraxdı. Yalnız sonradan elan edildi ki, dopinqə görə diskvalifikasiya olunub. Sabah Türkmənistandan Türkiyəyə uçuruq, orada əməliyyat keçiriləcək. Pulunu kim verəcək? Özümüz".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024