Mobil versiya
Əgər yardım edilməsə, 32 yaşlı şəxs ömürlük kor ola bilər
Tarix: 23-06-2017 | Saat: 17:31
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Əgər yardım edilməsə, 32 yaşlı şəxs ömürlük kor ola bilər




Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsi 57, mənzil 32 ünvanında yaşayan I qrup gözdən əlil Əzizov Zamir Əzizağa oğlu gözlərindən təcili əməliyyat olunmalıdır. Əgər əməliyyat olunmasa, o, ömürlük kor qala bilər.

Qardaşı Samir Əzizovun sözlərinə görə, yol pulu ilə bir yerdə Zamirin müalicəsi üçün 20 min manata yaxın pul lazımdır: "Amma bu vaxta kimi cəmi 1186 manat toplanıb. Türkiyədəki göz klinikası da deyir ki, yalnız pul klinikanın hesabına köçürüləndən sonra əməliyyata icazə veriləcək. Bizdə isə bu qədər imkan yoxdur. Sizin vasitənizlə bir dəfə kömək üçün müraciət də etmişdik, amma kömək edən az oldu. İmkanlı şəxslərdən bir daha xahiş edirik, Müqəddəs Ramazan bayramı ərəfəsində xeyir əməlini, yardım əlini əsirgəməsinlər".


Ana oğluna görə yalvarır - "Rəhminiz gəlsin, oğlumu xilas edin" - FOTO
Xatırladaq ki, Z.Əzizovun anası Solmaz xanım 2 həftə əvvəl Milli.Az-a müraciət edərək cavan oğlunun müalicəsi üçün lazım olan məbləğin yığılmasına yardım edilməsini istəmişdi. Onun sözlərinə görə, əgər əməliyyat üçün lazım olan məbləğ vaxtında yığılmasa, 32 yaşlı oğlu ömürlük kor ola bilər:

"Oğlum həm ümumi fiziki, həm də gözdən əlildir. Bu yaxınlarda gözlərində baş verən ani rahatsızlıq bizi müalicə məqsədilə İran İslam Respublikasına getməyə məcbur etdi. Müayinə zamanı bəlli oldu ki, oğlumun gözü karatakonus xəstəliyinə tutulub, gözün buynuzlu qişası artıq dağılmış vəziyyətdədir və təcili əməliyyat olunmalıdır. Qohum-qonşunun maddi köməyi ilə əməliyyat baş tutdu. Lakin bizə bildirdilər ki, bu hələ əməliyyatın ilkin mərhələsidir, ikincisi də olmalıdır. İkinci əməliyyat isə Türkiyənin İstanbul şəhərindəki klinikalarından birində həyata keçiriləcək. Bunun üçün 17000 AZN məbləğində pul vəsaiti tələb olunur. Əgər yaxın 3 ay ərzində bu məbləği yığa bilməsək, oğlumun gözlərini qurtarmaq artıq mümkün olmayacaq.

Ailəmizdə beş əlil var - özüm oğlanlarım və həyat yoldaşım. Bu səbəbdən bizim bu məbləği yığmağa imkanımız yoxdur. Bir ana kimi az-çox imkanı çatan bütün şəxslərə yardım etmələri üçün yalvarıram. Bu məbləğ yığılmasa mənim oğlum əbədi kor qala bilər. Çox xahiş edirəm, rəhminiz gəlsin, oğlumu xilas edin. Oğlum göz görə-görə qaranlığa qərq olmasın. Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm. Allah dadınıza yetsin! AMİN!"

Qeyd edək ki, maddi yarım etmək istəyənlər bunu həm telefonla əlaqə saxlayaraq birbaşa, həm bank hesabına köçürməklə edə bilərlər.

Bank rekvizitləri:

Hesab: AMRAHBANK ASC "Həzi Aslanov" filialı

SWIFT BİK AMRAAZ22

Hesabın sahibi: Əzizov Zamir

Hesablaşma hesabı: AZ23AMRA00410109440826137401

Müxbir hesab: AZ89NABZ01350100000000028944

VÖEN: 1400064171

Əlaqə telefonları: 055 5405094; 050 2855655; 055 3667966


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024