“Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayır
Tarix: 23-06-2017 | Saat: 11:47
Bölmə:İdman / Karusel | çapa göndər
Bu gün dünyanın ən nüfuzlu idman yarışlarından olan "Formula-1" üzrə Azərbaycan Qran-prisiə start veriləcək.
AİA.az-ın məlumatına görə, bu gün saat 13:00 və 17:00-da iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş isə iyun 24-də saat 14:00-da başlayacaq. Sıralama turu isə 17:00-da start götürəcək.
Paytaxtımızda ardıcıl ikinci il təşkil olunacaq nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də saat 17:00-da start götürəcək.
Yarışda 10 komanda - "Mercedes" (Luis Hemilton və Valterri Bottas), "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Force İndia" (Serxio Peres və Esteban Okon), "Willams" (Felipe Massa və Lens Stroll), "McLaren Honda" (Fernando Alonso və Stoffel Vandorn), Toro Rosso (Daniel Kvyat və Karlos Sayns), "Haas" (Roman Qrojan və Kevin Maqnussen), "Renault" (Niko Hülkenberq və Colion Palmer) və "Sauber"in (Markus Eriksson və Paskal Verlyayn) iştirak edir. Onlar uzunluğu 6 kilometrdən çox olan dövrəni 51 dəfə tamamlamalıdırlar.
Qeyd edək ki, "Formula-1" üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran-prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. "Mersedes AMG" komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel ilk pillədə qərarlaşıb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024