Mobil versiya
Prosineçkinin köməkçisi istefasının səbəbini AÇIQLADI
Tarix: 12-06-2017 | Saat: 18:20
Bölmə:İdman | çapa göndər

Prosineçkinin köməkçisi istefasının səbəbini AÇIQLADI


Bu gün futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Elxan Abdullayevin istefa verdiyi məlum olub.

Bir çox inşan baş məqçi Robert Prosineçkinin istefa verəcəyini gözlədiyi halda E.Abdullayev nəyə görə bu işi öz üzərinə götürdü? Sonuncu Şimali İrlandiya məğlubiyyəti, yoxsa başqa səbəblər?

Bu barədə Modern.az saytı E.Abdullayevin özündən açıqlama alıb.

Şimali İrlandiya matçından öncə bu qərarı verdiyini deyən məşqçi, əlavə edib:

“Şimali İrlandiya oyunundan öncə bu qərara gəldim və bu barədə AFFA rəhbərliyinə müraciət etdim. Həmin vaxt baş məşqçi Robert Prosineçkiyə də bildirdim. Sadəcə olaraq millinin baş məşqçisi xahiş edib ki, Şimali İrlandiya oyununa kimi milli ilə çalışım. Ancaq nəticəsindən asılı olmayaraq elə qərara gəlmişdim ki, bu oyundan sonra çıxacağam”.
E.Abdullayev istefasına səbəb olaraq “Neftçi” klubuna daha çox vaxt ayırmaq istədiyini göstərib:
“Səbəb odur ki, siz bildiyiniz kimi “Neftçi” indi pis vəziyyətdədir. “Neftçi” klubuna daha çox vaxt ayırmaq lazımdır. Ona görə də mən elə qərara gəldim ki, bütün diqqətimi bura yönəldim”.

47 yaşlı futbol mütəxəssisi “Neftçi” klubunu əvvəlki vəziyyətinə qaytarmaq istədiyini deyib:

“Mən istəyirəm klubu bu pis vəziyyətdən çıxarım, köhnə mövqeyinə qaytarım. Hazırda “Neftçi” öz yerini tutmur. Ona görə də klubla çox işləməliyəm. Burada iş çoxdur. Bu da xeyli vaxt aparır. Bütün vaxtımı gərək “Neftçi”yə yönəldim”.

Sonda E.Abdullayev AFFA rəhbərliyi, eləcə də məşqçilər komitəsinə öz minnətdarlığını bildirib”.

“AFFA rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Ona görə ki, mənim istefa qərarıma etiraz etmədilər və millidən getməyimə icazə verdilər. Eləcə də məşqçi korpusuna təşəkkür edirəm. Çox yaxşı bir şəkildə, onlarla uzun müddət işləmişəm. Hər biri peşəkar insanlardır. Onlara uğurlar arzu edirəm. Mən inanıram ki, Prosineçki yaxşı məşqçidir və millidə yaxşı nəticələr verəcək.

Milli komanda bir nömrəli komandadır. Ona görə hər bir azərbaycanlı məşqçinin borcudur ki, bu komandaya kömək etsin. Mən də öz növbəmdə çalışacağam ki, “Neftçi” klubunda yaxşı oyunçular yetişdirim və milli komandaya verim”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024