Mobil versiya
Mançester terrorçusu - 23 yaşlı şəxs saxlanıldı
Tarix: 23-05-2017 | Saat: 15:58
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Mançester terrorçusu - 23 yaşlı şəxs saxlanıldı



Mançesterdə stadionda terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Mançester Qraflığının polisindən verilən məlumatda qeyd olunub.

Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən 23 yaşlı şəxs aparılan reyd nəticəsində saxlanılıb.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024