Mobil versiya
Bakıda polislərə bıçaq çıxaran şəxs tutuldu
Tarix: 18-05-2017 | Saat: 17:04
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda polislərə bıçaq çıxaran şəxs tutuldu



Bakıda supermarketdən oğurluq edən şəxs polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları - polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət aparan zaman Hüseyn Cavid prospektindəki supermarketdən çıxan şəxsin qaçdığını müşahidə ediblər. Bu zaman supermarketin işçiləri polisdən kömək istəyiblər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs cibindən çıxardığı bıçaqla müqavimət göstərməyə çalışıb.

Polislər onu tərksilah edərək zərərsizləşdirib, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər. Bölmədə aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşadığı müəyyən edilib.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024