Mobil versiya
Putin müqəddəs mətnləri toxunulmaz etməyi təklif etdi
Tarix: 15-10-2015 | Saat: 12:53
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər


“Ordan götürülmüş sitatlar ekstremist materialı kimi qəbul edilə bilər”.

Rusiya prezidenti Vladimir Putin Dövlət dumasına müqəddəs kitabların mətnlərinin ekstremist yönlü tanınmağını qadağan edən qanun layihəsini çıxarıb.

İncil, Quran, Tanah və Qancuru müdafiə altına almaq təklif edilib.

“İncil, Quran, Tanah, Qancur və onların mətnləri və onlardan götürülən sitatlar ekstremist material kimi tanına bilməz”, - ekstremist fəaliyyətinə dair qanuna dəyişiklik edilən qanun layihəsinin mətnində deyilir.

Sənədə izahatda Rusiya Konstitusiyasının 28-ci maddəsi ilə hər kəsə vicdan azadlığı, o cümlədən fərdi və ya digər şəxslərlə istənilən dinə etiqad etmək və ya ümumiyyətlə, heç bir dinə etiqad etməmək hüququnun verildiyi qeyd edilib.

Qanun layihəsinin konsepsiyası Rusiyanın müvafiq mərkəzləşdirilmiş dini təşkilatları ilə razılaşdırılıb, izahatda bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə