Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Putin müqəddəs mətnləri toxunulmaz etməyi təklif etdi
Putin müqəddəs mətnləri toxunulmaz etməyi təklif etdi15-10-2015, 12:53. Yazar: admin |
“Ordan götürülmüş sitatlar ekstremist materialı kimi qəbul edilə bilər”. Rusiya prezidenti Vladimir Putin Dövlət dumasına müqəddəs kitabların mətnlərinin ekstremist yönlü tanınmağını qadağan edən qanun layihəsini çıxarıb. İncil, Quran, Tanah və Qancuru müdafiə altına almaq təklif edilib. “İncil, Quran, Tanah, Qancur və onların mətnləri və onlardan götürülən sitatlar ekstremist material kimi tanına bilməz”, - ekstremist fəaliyyətinə dair qanuna dəyişiklik edilən qanun layihəsinin mətnində deyilir. Sənədə izahatda Rusiya Konstitusiyasının 28-ci maddəsi ilə hər kəsə vicdan azadlığı, o cümlədən fərdi və ya digər şəxslərlə istənilən dinə etiqad etmək və ya ümumiyyətlə, heç bir dinə etiqad etməmək hüququnun verildiyi qeyd edilib. Qanun layihəsinin konsepsiyası Rusiyanın müvafiq mərkəzləşdirilmiş dini təşkilatları ilə razılaşdırılıb, izahatda bildirilib. Geri dön |