Mobil versiya
Polisə müraciət etdi, özü həbs olundu
Tarix: 12-05-2017 | Saat: 14:41
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Polisə müraciət etdi, özü həbs olundu



Mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov RPŞ-yə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.

AİA.Az DİN-ə istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar. Onlardan 5 ədəd qumbara, 1 ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.

Onlar izahatlarında silah-sursatı S.Qədirovun evindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb.

S.Qədirov tutulub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə