“Milyonlarla insan aclıqdan əziyyət çəkir” - Leyla Əliyeva
Tarix: 06-05-2017 | Saat: 16:23
Bölmə:Gündəm / Manşet | çapa göndər
"Dünyanın müxtəlif yerlərindən insanların Azərbaycana gəlməsi sevindiricidir".
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarasıdialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" adlı plenar sessiyada deyib.
Onun sözlərinə görə, əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların məkan olub.
"Tarix boyu Azərbaycandakı bütün xalqlar, müsəlman, yəhudi, xristianlar sülh şəraitində yaşayıblar. Bu kimi qarşılıqlı əlaqələr sadəcə gündəlik həyatın bir hissəsi olub. Təbii ki, Bakı mədəniyyətlərarası forumların mərkəzinə çevrilib. Bu plenar sessiyada çıxış etməkdən məmnunam. Ərzaq təhlükəsizliyi sülh, davamlı inkişaf arasında birbaşa əlaqə olduqca vacibdir. Bu dilaoq irqçiliyin və zorakılığın artmasına qarşı mühüm qüvvədir".
L.Əliyeva qeyd edib ki, dayanıqlı inkişaf üzrə 2030-ci ilin gündəliyinin qəbul olunması dünya əhalisi üçün mühüm hadisədir. Təsadüfü deyil ki, gündəliyin iki məqsədi yoxsulluğun və aclığın arada qaldırlmasına yönəlir. Əslində biz çox məyusuq ki, 870 milyon insan aclıqdan, qidalanmadan əziyyət çəkir. İqlim dəyişkliyi bunu çətinləşdirir. Tarix boyu mədəniyyətlər, millətlər mətbəx üzrə əlaqələrini yaradıblar. Mədəniyyətarası dialoqların gücləndirilməsi, kənd təsərrüfatını qoruyur. Ərzaqın bölüşdürülməsi özü bir mədəniyyətin formasıdır".
Leya Əliyeva deyib ki, Azərbaycanda nəsli kəsilməkdə olan ceyranların qorunması üçün bir sıra layihələr həyata keçirilib: "Qafqaz bəbirinin artırılması istiqamətlə layihələr həyata keçirmişik. Xəzərin ərazisində qızıl balığın da qorunmasını həyata keçirik. Bundan əlavə İDEA kür çayının deltasının təmizlənməsi ilə bağlı layihələr edib. Bu layihənin məqsədi ətraf mühitin təmizlənməsi, balıq ehtiyatların artırması, suyun keyfiyyətini yaxşılaşdırmaqdır".(azvision)
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər