Mobil versiya
Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb -Fotolar
Tarix: 29-10-2025 | Saat: 19:47
Bölmə:Karusel / Parlament | çapa göndər

Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini Sot Vonq ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan və Kamboca parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova Azərbaycan üçün əhəmiyyət kəsb edən bu konfransda dost ölkələrin parlament nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Kamboca Milli Assambleyası sədrinin müavini Beynəlxalq Parlament Konfransının uğurlu təşkilini qeyd edərək, həm Xuon Sudarinin, həm də Senatın sədri Hun Senin təbriklərini çatdırıb.
Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Milli Məclisin sədri, Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının iclasında iştirak etmək üçün Kambocaya səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri, həmçinin Malayziyaya işgüzar səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşünü məmnunluqla xatırladaraq, bu təmasların parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini bildirib.
Qeyd olunub ki, parlamentlərimiz arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumu əlaqələrimizin daha da inkişafı üçün mühüm əsas yaradır və bu istiqamətdə yeni imkanlar mövcuddur. Tərəflər parlamentlərdəki dostluq qruplarının və müxtəlif komitələrin əməkdaşlığının vacibliyini qeyd ediblər. Həmçinin, beynəlxalq parlament təşkilatlarında, o cümlədən, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2025