Mobil versiya
Sünnət zamanı ölən 5 yaşlı Kənanla bağlı TƏFƏRRÜAT - "Uşağı qaçırıb gizlətdi, güclə tapmışam" - YENİLƏNİB
Tarix: 04-05-2017 | Saat: 16:48
Bölmə:Cəmiyyət | çapa göndər

Sünnət zamanı ölən 5 yaşlı Kənanla bağlı TƏFƏRRÜAT - "Uşağı qaçırıb gizlətdi, güclə tapmışam" - YENİLƏNİB



"Uşaq qorxdu, özündən getdi"

Masallı rayonunda azyaşlı sünnət olunarkən dünyasını dəyişib.

AİA.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində baş verib.

5 yaşlı Kənan Hüseynovun sünnət edilməsi üçün evə həkim çağırılıb. Uşağın yaxınlarının sözlərinə görə, həkim azyaşlının ağladığını və narahat olduğunu görərək, ona 2 iynə vurub və uşağa sakitləşməsi üçün hədə-qorxu gəlib. Ardınca Kənanın yaxınlarının otaqdan çıxmasını tələb edib. Qəfildən halı pisləşən uşaq dünyasını dəyişib. Azyaşlının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə aparılıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir. Polis faktla bağlı araşdırmalara başlayıb. Bugün ailənin yeganə övladı olan Kənan Hüseynovun doğum günüdür. Onun atası da ötən il avtoqəzada dünyasını dəyişib.

Kənan Hüseynov (babası): "Gəldi, 2 iynə vurdu. Uşaq keçinirdi ki, məni çıxartdı bayıra. Sonra uşaq ağlayanda məni çağırdı. Uşaq ağlaya-ağlaya dedi ki, baba, getmə qorxuram. Həkim də qışqırdı ki, sənin başına iynə vuraram, sakit dur. Uşağı qorxutdu, özündən getdi. Sonra məni yenə çıxartdı bayıra, yenidən gələndə gördüm ki, uşağı götürüb qaçıb, ümumiyyətlə gizlədib. 1 saatdan sonra uşağı tapmışam".

---------

11:36

Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümü ilə bağlı təfərrüatlar məlum olub.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlı ailənin tək uşağı olub. Yaşasaydı, ailəsi bu gün Kənan ad gününü qeyd edəcəkmiş. Onun atası Abutalıb Hüseynov iki il bundan əvvəl dünyasını dəyişib. Ailə hazırda yas içindədir. Yaxınlarının bildirdiyinə görə, uşaq deyildiyi kimi, əməliyyatdan əvvəl yox, məhz əməliyyat zamanı rəhmətə gedib.

Kənanın sünnətini edən həkim Ramiz Sadıqov Masallının Ərkivan kəndində yaşayır. 1 il bundan əvvəl rayonun Kalinovka tibb məntəqəsində işləsə də, sonradan işdən çıxıb.

Qafqazinfo Ramiz Sadıqovun özü ilə də əlaqə saxlayıb. Həkim də hadisənin əməliyyat zamanı baş verdiyini təsdiqləyib: "Mən indi danışa bilmərəm. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Hələ ki, polis tərəfindən də dindirilməmişəm. Ekspertizanın rəyi açıqlanandan sonra, yəqin ki, mənim də izahatım alınacaq. Ölüm faktı qorxudan, şokdan ola bilər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024