Mobil versiya
"28 May" metrosunun yaxınlığında DƏHŞƏT: DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ - YENİLƏNİB
Tarix: 04-05-2017 | Saat: 16:46
Bölmə:Cəmiyyət | çapa göndər

"28 May" metrosunun yaxınlığında DƏHŞƏT: DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ - YENİLƏNİB




Bakıda qətl törədilib.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Metropoliteninin "28 May" stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində bəlli olub ki ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


-------------

13:59

Bakıda 44 yaşlı kişi qətlə yetirilib.

AİA.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Təbriz küçəsi 2 ünvanında yerləşən yarımtikilidə Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Müşfiq Əliyevin baş nahiyəsində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda istintaq aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024