Mobil versiya
"Dəli Samir"ə HÖKM OXUNDU
Tarix: 02-05-2017 | Saat: 15:30
Bölmə:Cəmiyyət | çapa göndər

"Dəli Samir"ə HÖKM OXUNDU



Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik vasitələrin dövriyyəsində və hədə yolu ilə tələb etməkdə təqsirləndirilən Samir Aslanov və Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Aslanov 11 il, F.Əfəndiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü S.Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkarlanıb.

S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024