Mobil versiya
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?
Tarix: 28-11-2026 | Saat: 09:55
Bölmə:İqtisadiyyat | çapa göndər

"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?


"Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Deyilənə görə, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək.
aia.az xəbər verir ki, "Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsələ ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, ticarət mərkəzi fəaliyyətini əvvəlki qaydada davam etdirir:

"Birmənalı olaraq vurğulayıram ki, bu, tamamilə əsassız və yanlış məlumatdır, dezinformasiyadır. "Sədərək" Ticarət Mərkəzi hələ də öz fəaliyyətini davam etdirir, işlər əvvəlki qaydada gedir. Sahibkarlara və ictimaiyyətə müraciət edirəm ki, narahatlığa əsas yoxdur".

K.Qədim əlavə edib ki, yayılan məlumatlar sahibkarlar və ictimaiyyət arasında çaşqınlıq yaradıb.

"Binə" Ticarət Mərkəzində çalışan sahibkarlardan biri sorğumuza cavab olaraq bu fikirləri səsləndirib:

"Bizə belə bir tapşırıq verilməyib. Bu haqda məlumatımız da yoxdur".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026