Süni intellekt kartsız və şifrəsiz ödəniş etdi - İlk dəfə
Tarix: 28-11-2026 | Saat: 08:33
Bölmə:Dünya | çapa göndər

Böyük Britaniyada süni intellect köməkçisi bank kartından istifadə etmədən və parol paylaşmadan real yemək sifarişinin ödənişini həyata keçirib.
“aia.az” xəbər verir ki, ölkədə ilk dəfə baş tutan bu sınaq insanların alış-veriş vərdişlərini dəyişəcək yeni dövrün başlanğıcı sayılır.
Maliyyə tənzimləyici orqanının nəzarəti altında bank və ödəniş texnologiyası şirkətinin birgə keçirdiyi testdə süni intellekt köməkçisi istifadəçinin təsdiqi ilə restoran şəbəkəsindən doqquz mini pizza sifariş edib.
Əməliyyat zamanı heç bir hesab nömrəsi və ya şifrə paylaşılmayıb, ödəniş birbaşa bank hesabları arasında və ciddi xərc limitləri daxilində icra olunub.
Mütəxəssislər bildirirlər ki, yaxın illərdə süni intellekt köməkçiləri istifadəçilər adından hədiyyələr seçə və büdcəni idarə edə biləcəklər. Bununla belə, prosesə nəzarətin istifadəçidə qalacağı və səhv sifariş hallarında istehlakçı hüquqlarının mövcud qanunlarla qorunacağı vurğulanır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-11-2026
27-11-2026