“Azəryolservis”: Bəzi media qurumları reytinq xətrinə təşviş yaradırlar
Tarix: 13-10-2015 | Saat: 14:35
Bölmə:Gündəm / Karusel | çapa göndər
“Qabaqlayıcı tədbirlər görülür”.
Bəzi media qurumları təəssüflər olsun ki, bilərəkdən reytinq xətrinə insanlar arasında təşvişə səbəb ola biləcək xəbərlər yayırlar.
Bu gün səhər belə bir xəbər yayılıb ki, guya Beynəlxalq Avtovağzal kompleksinin qarşısında sürüşmə zonasının genişlənıb və nəticədə Bakı-Sumqayıt yolu guyaki, iki hissəyə bölünüb.
Əslində bu həqiqətə uyğun olmayan məlumatlardır və insanlar sırf reytinq xətrinə verilən, təşviş yaratmaq üçün hesablanmış bu cür məlumatlara uymasınlar.
Aia.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildiriblər.
Məlumata görə, hazırda sözügedən yolda panikaya səbəb ola biləcək hər-hansı bir problem yoxdur. Sadəcə olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sürüşmənin Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yoluna keçməsini sığortalamaq məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Yol kənarında olan çatlarım üzəri örtülür ki, ora su keçməsin.
“Fövqaladə Hallar Nazirliyinin müvafiq rəyindən sonra isə aidiyyatı qurumlarla birgə əgər hər-hansı bir iş bizə həvalə olunarsa Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC olaraq onun icrası ilə məşqul olmağa hazırıq”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024