Mobil versiya
Azərbaycanda bir-birinə qoşulub qaçan qızlarla bağlı TƏFƏRRÜAT
Tarix: 27-04-2017, 15:53 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Azərbaycanda bir-birinə qoşulub qaçan qızlarla bağlı TƏFƏRRÜAT



Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum olub.

AİA.Az xəbər verir ki, azxeber.com-a danışan qızların tələbə yoldaşları, hər iki tələbənin Gəncə Dövlət Universitetinin "Xarici dillər" fakültəsində təhsil aldığını deyib. Aysel adlı qız fakültənin Alman dili ixtisasının 2-ci kursunda, Lalə adlı qız isə Fransız dili ixtisasının 4-cü kursunda təhsil alırmış. Onlardan biri Gəncədən, digəri isə Goranboy rayonundan olublar.

Məlumata görə, qızlar arasındakı münasibət heç də yazıldığı kimi "sevgi" münasibəti olmayıb. Lalə adlı qız öz sevdiyi oğlanla birlikdə Türkiyəyə qaçmaq istədiyi zaman, yaxın rəfiqəsinə də onlarla birlikdə getməsini və onlarla birlikdə işləməyi təklif edib. Gənclər birlikdə Türkiyəyə qaçmaq istəyərkən hava limanında ailə üzvləri tərəfindən saxlanılıblar. Hazırda Gəncədə olan qızlar ailələrinin yanındadırlar.

Məlumata görə, 2-ci kurs tələbəsi olan Ayselin ailəsi onu universitetdən çıxartmaq istəsə də, rəhbərliyin təkidi ilə tələbə universitetdə təhsilini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanda iki qızın bir-birinə qoşulub qaçması ilə bağlı xəbər dərc edilib. Xəbərdə qeyd olunub ki, hər iki qız cinsi azlıq nümayəndəsidir və çoxdandır bir-birini "sevirmiş". Məlumatı ilk olaraq ölkə.az saytı dərc edib.

AİA.az



5461 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031