Mobil versiya
Lənkəranda dəhşətli qəza, ölən və yaralananlar var – FOTO
Tarix: 27-04-2017 | Saat: 12:33
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Lənkəranda dəhşətli qəza, ölən və yaralananlar var – FOTO



Lənkəranda ağır yol qəzası baş verib.

AİA.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb.
"Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.
Hadisə nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024