Milli birlik və dövlətçilik məfkurəsi
Tarix: 19-11-2026 | Saat: 16:41
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın müstəqillik tarixində elə qərarlar var ki, onların əhəmiyyəti yalnız qəbul edildiyi dövrün hadisələri ilə ölçülmür. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi məhz belə tarixi qərarlardan idi. Həmin vaxt ölkə dərin siyasi böhran, idarəçilik zəifliyi və ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qalmışdı. Dövlət müstəqilliyinin qorunması, cəmiyyətdə inamın bərpası və Azərbaycanın gələcəyinə məsuliyyətlə yanaşan siyasi qüvvənin formalaşması həyati zərurətə çevrilmişdi. Ziyalıların təşəbbüsü ilə meydana çıxan yeni partiya ideyası xalqın gözləntilərini ifadə edirdi. 1992-ci il oktyabrın 16-da tanınmış ziyalıların Heydər Əliyevə ünvanladıqları müraciət də ölkənin taleyi üçün narahatlıq keçirən insanların ümumi mövqeyini əks etdirirdi. Ulu Öndərin cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi qiymətləndirməsi bu təşəbbüsün tarixi əsasını və siyasi mahiyyətini aydın göstərirdi.
Noyabrın 21-də Naxçıvanda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ictimai iradəni konkret siyasi qərara çevirdi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə sədr seçildi. Bununla, müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. YAP-ın yaranması təkcə yeni təşkilatın meydana çıxması deyil, dövlətçiliyin qorunmasına, sabitliyin bərqərar olmasına və cəmiyyətin ümumi məqsəd ətrafında birləşməsinə xidmət edən tarixi missiyanın başlanğıcı idi. Qısa müddətdə ümumxalq partiyasına çevrilən YAP ölkənin siyasi sistemində aparıcı mövqe qazandı. 2005-ci ildə İlham Əliyevin partiyanın sədri seçilməsi ilə Heydər Əliyev siyasi kursunun davamlılığı yeni mərhələyə qədəm qoydu. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi və hərbi potensialını artırdı, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu nailiyyətlər dövlətçilik məsuliyyətinin real nəticələridir. Oktyabrın 2-də keçirilən YAP-ın VIII qurultayında Prezident İlham Əliyevin çıxışı da siyasi varisliyin müasir dövrün tələbləri ilə uzlaşdırıldığını nümayiş etdirdi. Dövlət başçısı partiyanın vəzifələrini yeni inkişaf mərhələsi və milli maraqlar kontekstində dəyərləndirdi. Qurultay bir daha göstərdi ki, YAP keçmiş xidmətləri ilə yanaşı, gələcək məsuliyyəti ilə də səciyyələnir.
Bu gün Yeni Azərbaycan Partiyasının gücü geniş üzvlük bazası ilə yanaşı, milli maraqları siyasi fəaliyyətin əsas meyarı kimi qəbul etməsindədir. Proqramında müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, sosial ədalət, vətəndaş həmrəyliyi və konstruktiv dialoq prinsiplərinin önə çəkilməsi bu yanaşmanın mahiyyətini açır. Siyasi nüfuz seçki nəticələri ilə yanaşı, cəmiyyətin problemlərinə münasibət və çağırışlara cavab vermək bacarığı ilə müəyyən olunur. YAP-ın VIII qurultayı da təşkilati yenilənmə ilə siyasi məsuliyyətin vəhdətini ön plana çıxardı. Prezident İlham Əliyevin ümummilli məsələlərdə ortaq maraqların əsas götürülməsinə dair mövqeyi siyasi dialoqun genişlənməsi və milli birliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. 1992-ci ildə tarixi zərurətdən yaranan partiya bu gün də Azərbaycanın inkişaf gündəliyində fəal iştirak edir. Onun keçdiyi yol müstəqil dövlət quruculuğunun, siyasi sabitliyin və milli iradənin möhkəmlənməsinin mühüm tərkib hissəsidir. Əsas vəzifə bu tarixi məsuliyyəti qorumaq, qazanılmış nailiyyətləri möhkəmləndirmək və Azərbaycanı yeni hədəflərə doğru inamla aparmaqdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2026