Mobil versiya
Fəzail Ağamalı Qarabağlıda yüksək səviyyəli görüş keçirdi (FOTO)
Tarix: 13-10-2015 | Saat: 13:32
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər



Aia.az xəbər verir ki, 12 oktyabr 2015-ci ildə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Qarabağlı inzibati ərazisində seçicilərlə görüşüb.

Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş F.Ağamalının təklifi ilə iki gün öncə Ankara şəhərində baş vermiş terror aktında həlak olanların bir dəqiqəlik sükutu ilə başladı.

F.Ağamalının səlahiyyətli nümayəndəsi görüşü açaraq sözü seçicilərə verdi.

Kənd ağsaqqallarından Cəlil Məmmədov, Yavər Orucov, Qarabağlı kənd Ağsaqqallar Şurasının sədri Hacı Musa Kazımov, müəllimə Maral Orucova, kənd ziyalısı Ramil Zeynalov ötən 5 ildə Qarabağlı və Kərimbəyli inzibati ərazilərində həyata keçirilən mühüm tədbirlərin üzərində dayandılar, kəndlərin tam qazlaşmasını, ən müasir məktəblərin istifadəyə verilməsini, çəkilməkdə olan Şirvan-Salyan magistral yolunun əhəmiyyətini önə çəkdilər və bütün bunlara görə ölkə prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, seçiciləri qarşıdan gələn parlament seçkilərində F.Ağamalıya səs verməyə dəvət etdilər.

Görüşdə çıxış edən şəhid anası Rahilə Şahbazova qarşılaşdığı problemləri F.Ağamalının diqqətinə çatdırdı və ondan dəstək istədi.

Görüşün sonunda F.Ağamalı şəhid anası R.Şahbazovun yaşadığı evə gedərək onun vəziyyətilə yerində tanış oldu. F.Ağamalı əgər seçilərsə, həmin problemlərin aradan qaldırılmasına kömək edəcəyinə söz verdi.

Qeyd edək ki, növbəti görüş oktyabrın 16-da Çuxanlı kəndində keçiriləcək.


















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024