Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
Tarix: 16-11-2026 | Saat: 10:31
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkənin siyasi əlaqələrinin inkişafında mühüm mərhələdir. Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm tərəfindən imzalanmış Birgə Bəyannamə uzun illər ərzində formalaşan qarşılıqlı etimadın, siyasi dialoqun və səmərəli əməkdaşlığın məntiqi nəticəsidir. Sənəd yalnız münasibətlərin yeni statusunu deyil, həm də gələcək əməkdaşlığın prioritetlərini və ortaq maraqlarını müəyyənləşdirir.
Bəyannamənin 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanması iki ölkə arasındakı əlaqələrin ardıcıl inkişaf etdiyini göstərir. Yeni sənəd illər ərzində formalaşmış tərəfdaşlıq təcrübəsini müasir geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə genişləndirir. BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyin bir daha təsdiqlənməsi isə Azərbaycanın prinsipial xarici siyasət mövqeyi ilə uzlaşır.
Bəyannamədə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya sahələrinin əsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilməsi tərəfdaşlığın çoxşaxəli xarakterini nümayiş etdirir. Xüsusilə müdafiə sənayesi, institusional potensialın gücləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi dəyişən beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıyır. İqtisadi sahədə isə ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, enerji və infrastruktur layihələrində əməkdaşlığın inkişafı yeni imkanlar yaradır. Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investorlarından biri olması bu münasibətlərin möhkəm iqtisadi təmələ söykəndiyini təsdiqləyir.
Sənəddə Orta Dəhlizin inkişafına, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsinə və regional ticarət əlaqələrinin gücləndirilməsinə verilən dəstək də diqqətəlayiqdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu ölkəmizi Şərqlə Qərb arasında mühüm tranzit mərkəzlərindən birinə çevirir. Bu istiqamətdə Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın tranzit potensialının reallaşdırılmasına və regional iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər.
Birgə Bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması məsələsinə də xüsusi yer ayrılıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyətinin vurğulanması və sülh prosesinə dəstəyin ifadə olunması Azərbaycanın regional sülh gündəliyinin beynəlxalq müstəvidə diqqətdə saxlanıldığını göstərir. Bu yanaşma regionda yeni siyasi reallıqların möhkəmlənməsi, qarşılıqlı etimadın formalaşması və uzunmüddətli sabitliyin təmin edilməsi baxımından əhəmiyyətlidir.
Təhsil, elm, rəqəmsal texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın inkişafı da tərəfdaşlığın gələcəyə hesablanmış istiqamətlərindəndir. Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti yalnız iqtisadi resurslarla deyil, həm də bilik və texnoloji imkanlarla müəyyənləşir. Bu baxımdan, sözügedən sahələrdə birgə fəaliyyət Azərbaycanın insan kapitalının və innovasiya potensialının inkişafına əlavə imkanlar yaradır.
Bütövlükdə, Dublin şəhərində imzalanmış Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Sənəd siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadiyyat, təhlükəsizlik, enerji, nəqliyyat və innovasiya sahələrində konkret əməkdaşlıq perspektivləri açır. Strateji tərəfdaşlığın davamlı inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional təşəbbüslərinin dəstəklənməsinə və qlobal iqtisadi əlaqələrdə rolunun artmasına xidmət edəcək.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2026
15-11-2026