Mobil versiya
Nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlandı
Tarix: 16-11-2026 | Saat: 10:21
Bölmə:İqtisadiyyat | çapa göndər

Nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12081,7 min ton yük daşınıb.

aia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə dəniz nəqliyyatı ilə 5370,1 min ton və avtomobil nəqliyyatı ilə 8490,6 min ton yük daşınıb.

"Cənub-Qərb" nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 447 min ton, "Şimal-Qərb" ilə 3886,9 min ton, "Şimal-Cənub" ilə 6867,2 min ton, "Şərq-Qərb" ilə 14741,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 7507,2 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47 %-ni, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 46,6 %-ni tranzit yüklər təşkil edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə