Moldova Ukraynanın taleyini yaşaya bilərmi? – Rusiya ilə gərginlik artır
Tarix: 11-11-2026 | Saat: 22:14
Bölmə:Özəl | çapa göndər

Rusiya ilə Moldova arasında diplomatik münasibətlər yenidən gərginləşib. Kişinyovun Rusiya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etməsindən sonra Moskva Moldova səfiri Lilian Darini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etiraz notası təqdim edib.
Qarşıdurmaya oktyabrın 23-də Moldova ərazisində partlayıcı maddələr daşıdığı iddia olunan pilotsuz uçuş aparatının qalıqlarının aşkarlanmasından sonra baş verən hadisələr səbəb olub.
Rusiya tərəfi Moldova hakimiyyətinin qərarını qəbuledilməz adlandırıb.
Siyasi şərhçi Ramil Hüseynov hesab edir ki, iki ölkə arasındakı gərginliyin əsas səbəbləri Moldovanın Avropaya inteqrasiya siyasəti, Rusiyanın regional maraqları və Dnestryanı münaqişəsidir.
Ekspertin sözlərinə görə, Moldova 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağı hədəfləyir. Moskva isə Kişinyovun Qərblə yaxınlaşmasını öz geosiyasi maraqları baxımından narahatlıq doğuran proses kimi qiymətləndirir.
Dnestryanı məsələsi yenidən gündəmdə
Politoloq xatırladıb ki, 1992-ci ildə Moldova ilə Dnestryanı separatçı qüvvələr arasında silahlı münaqişə baş verib.
Dnestryanı beynəlxalq səviyyədə Moldovanın ərazisi kimi tanınsa da, faktiki olaraq separatçı administrasiya tərəfindən idarə olunur və bölgədə Rusiya hərbi qüvvələri yerləşir.
Ramil Hüseynovun fikrincə, Ukraynada davam edən müharibə fonunda Moskva Moldovadakı təsir imkanlarını qorumağa çalışır. Bu isə iki ölkə arasında siyasi və diplomatik qarşıdurmanın davam etməsinə səbəb ola bilər.
Ekspert bildirib ki, Moldova Rusiya ilə birbaşa hərbi münaqişədə maraqlı deyil və təhlükəsizliyini Avropa strukturları ilə əməkdaşlığı gücləndirməklə təmin etməyə çalışır.
“Rusiya regionda təsir imkanlarını saxlamaq istəyir, Moldova isə suverenliyini qorumaq üçün Avropa İttifaqına inteqrasiyanı əsas hədəf seçib”, – deyə siyasi şərhçi vurğulayıb.
Onun qənaətinə görə, qarşıdurmanın gələcək istiqaməti tərəflərin diplomatik addımlarından və regionda formalaşan geosiyasi vəziyyətdən asılı olacaq.
Mövcud gərginlik Moldovanın təhlükəsizliyi ilə bağlı narahatlıqları artırsa da, ölkənin Ukraynadakı kimi genişmiqyaslı müharibə ilə üzləşəcəyini söyləmək üçün konkret əsas yoxdur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər