İran ABŞ qarşısında 7 şərt qoydu – Hörmüz boğazı açılarsa, neft ucuzlaşacaq?
Tarix: 11-11-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

ABŞ ilə İran arasında gərginlik davam edərkən Tehran müharibənin dayandırılması və Hörmüz boğazının açılması üçün Vaşinqtona yeddi şərt irəli sürüb. Tələblər arasında dəniz blokadasının aradan qaldırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və müharibə zərərinin ödənilməsi yer alır.
ABŞ Prezidenti Donald Tramp noyabrın 9-da İrana yeni hərbi zərbələri hələlik təxirə saldığını bildirsə də, dəniz blokadasının davam etdiriləcəyini açıqlayıb.
Bölgədəki qeyri-müəyyənlik dünya enerji bazarına da təsir göstərir. Noyabrın 11-də Brent markalı neftin qiymətinin 92 dolları ötdüyü bildirilir. Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin bərpası isə qiymətlərin azalmasına şərait yarada bilər.
Politoloq Mütəllim Rəhimli hesab edir ki, İranın bütün tələblərinin ABŞ tərəfindən qəbul edilməsi real görünmür. Onun fikrincə, tərəflər ilk mərhələdə hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazında təhlükəsizliyin təmin olunması barədə razılığa gələ bilərlər.
Ekspert bildirib ki, sanksiyaların ləğvi, İranın dondurulmuş vəsaitlərinin qaytarılması və təzminat məsələləri daha mürəkkəb danışıqlar tələb edir.
“Hörmüz boğazının açılması neftin ucuzlaşmasına səbəb ola bilər. Lakin qiymətlərin dərhal və kəskin şəkildə aşağı düşəcəyini söyləmək düzgün olmaz”, – deyə politoloq vurğulayıb.
Rəhimlinin sözlərinə görə, ABŞ-də aralıq seçkilərindən sonra yaranan siyasi vəziyyət də Tramp administrasiyasının İran siyasətinə təsir göstərə bilər.
Ekspert qeyd edib ki, regionda gərginliyin davam etməsi Azərbaycanın cənub sərhədləri, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat marşrutları baxımından əlavə risklər yaradır.
Politoloqun qənaətinə görə, tərəflər arasında mərhələli razılaşma mümkündür, lakin bütün fikir ayrılıqlarının qısa müddətdə aradan qalxması çətin görünür.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-11-2026
20:01 Günün fotoları...