Mobil versiya
Dəhşətli hadisə: Bəbir evin qarşısında oynayan 8 yaşlı uşağı öldürdü
Tarix: 11-11-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Dəhşətli hadisə: Bəbir evin qarşısında oynayan 8 yaşlı uşağı öldürdü




Hindistanda dəhşətli hadisə baş verib. Qucarat ştatında meşəlik ərazidən çıxan bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onun ölümünə səbəb olub.

Yerli medianın məlumatına görə, hadisə baş verən zaman azyaşlının valideynləri tarlada işləyirmiş.

Qəfil meşəlikdən çıxan yırtıcı uşağa hücum edib və onu sürüyərək meşəyə aparmağa çalışıb.

Oğlunun təhlükədə olduğunu görən ata dərhal bəbirin arxasınca qaçsa da, uşağı xilas edə bilməyib.

Məlumata əsasən, yırtıcı azyaşlını təxminən 30 metr məsafəyə qədər sürüklədikdən sonra buraxıb.

Boyun nahiyəsindən ağır xəsarətlər alan 8 yaşlı uşaq həyatını itirib.

Qeyd olunur ki, Hindistanın bəzi bölgələrində son dövrlər bəbirlərin yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi halları qeydə alınıb.

Yırtıcı heyvanların tutulması və oxşar hadisələrin qarşısının alınması məqsədilə təhlükəli hesab edilən ərazilərdə xüsusi qəfəslər quraşdırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-11-2026