8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının qürur, milli birlik və tarixi Qələbə salnaməsi
Tarix: 08-11-2026 | Saat: 20:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xalqının müasir tarixində 8 Noyabr – Zəfər Günü milli qürurun, dövlətçilik iradəsinin, xalq-ordu birliyinin və tarixi ədalətin təntənəsi kimi əbədi yer tutur. Bu möhtəşəm Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin, güclü siyasi iradənin, iqtisadi inkişafın və milli həmrəyliyin məntiqi nəticəsidir. Zəfər xalqımızın yaddaşına müstəqilliyimizin ən şanlı səhifələrindən biri kimi həkk olunub.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ölkəmizin qarşısında son dərəcə mürəkkəb və taleyüklü vəzifələr yaratmışdı. Uzun illər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə, çağırışlara və danışıqlar prosesinə baxmayaraq, münaqişənin həlli istiqamətində real irəliləyiş əldə edilmirdi. İşğalın davam etməsi, status-kvonun qorunub saxlanılması və münaqişənin beynəlxalq müstəvidə dondurulmuş vəziyyətdə qalması Azərbaycanın səbir və qətiyyətlə öz milli maraqlarını müdafiə etməsini zəruri edirdi.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin bütün sahələrdə gücləndirilməsini əsas prioritetə çevirdi. Dövlətin iqtisadi potensialının artırılması, ordu quruculuğunun sürətləndirilməsi, hərbi büdcənin genişləndirilməsi, müasir silah və texnikanın alınması, hərbçilərin peşəkarlığının yüksəldilməsi ardıcıl və sistemli şəkildə həyata keçirildi. Bütün bu tədbirlər Azərbaycanın gələcək Qələbəsinin möhkəm təməlini formalaşdırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mahiyyəti torpaqlarımızın azad olunması, dövlət suverenliyimizin təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi məqsədinə xidmət edirdi. Dövlət başçısının qeyd etdiyi kimi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.” Bu fikirlər Zəfərin arxasında dayanan uzaqgörən siyasətin, ardıcıl fəaliyyətin və dəyişməz milli hədəfin mahiyyətini ifadə edir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək düşmənin uzun illər ərzində qurduğu istehkamları darmadağın etdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Bu irəliləyiş hər bir qarış torpaq uğrunda aparılan mübarizənin, hərbçilərimizin peşəkarlığının, fədakarlığının və qələbə əzminin ifadəsi idi.
Azərbaycan əsgəri döyüşlərə böyük inam, Vətən sevgisi və sarsılmaz iradə ilə gedirdi. “Öldü var, döndü yoxdur” amalı ilə vuruşan qəhrəman hərbçilərimiz öz canları və qanları bahasına torpaqlarımızı azad etdilər. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti bu Qələbənin mənəvi əsasını təşkil etdi. Arxa cəbhədə isə xalqımızın nümayiş etdirdiyi həmrəylik, dövlətə və Ali Baş Komandana sarsılmaz dəstək milli birliyimizin nə qədər güclü olduğunu təsdiqlədi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən tarixi hadisəyə çevrildi. Mədəniyyətimizin beşiyi, Qarabağın tacı olan Şuşanın azadlığı Azərbaycan xalqının iradəsinin, Ordumuzun döyüş qabiliyyətinin və Ali Baş Komandanın qətiyyətinin təntənəsi idi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiyası və hərbi əməliyyatların dayandırılması Azərbaycanın tarixi Qələbəsini rəsmiləşdirdi.
Zəfər paradı isə bu möhtəşəm tarixi hadisənin rəmzinə çevrildi. Azərbaycan Ordusunun qüdrəti, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın qüruru dünya ictimaiyyətinə nümayiş etdirildi. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin əbədi mahiyyətini bir daha təsdiqlədi.
Lakin Azərbaycan qarşısında duran tarixi vəzifə yalnız işğalın sona çatması ilə məhdudlaşmırdı. Əsas məqsəd ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin edilməsi idi. 2023-cü ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət sərhədlərimiz üzərində nəzarətin gücləndirilməsi baxımından mühüm addım oldu. Həmin ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa edildi. Bir gündən az davam edən əməliyyat Azərbaycan dövlətinin konstitusiya quruluşunun bərpası, separatizmin aradan qaldırılması və beynəlxalq hüququn tələblərinin təmin edilməsi ilə nəticələndi.
Bu gün Azərbaycan qalib dövlət kimi regionda yeni siyasi reallıqların formalaşmasında mühüm rol oynayır. Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsi istiqamətində aparılan danışıqlar, regional kommunikasiyaların açılması və qarşılıqlı etimadın yaradılması ölkəmizin sülh gündəliyinin əsas istiqamətləridir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan sülhün tərəfdarıdır, lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa və dövlətimizin legitim maraqlarına əsaslanmalıdır.
Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, yolların, tunellərin, hava limanlarının, yaşayış komplekslərinin, məktəblərin və digər sosial obyektlərin tikintisi Böyük Qayıdışın real məzmununu təşkil edir. Uzun illər doğma yurdlarından ayrı düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtması Zəfərin ən böyük mənəvi nəticələrindən biridir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
Qələbənin mənəvi məsuliyyəti şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə də ölçülür. Dövlət siyasətinin mühüm istiqamətlərindən biri Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, müharibədə sağlamlığını itirmiş şəxslərin reabilitasiyası, məşğulluğunun təmin edilməsi və onların cəmiyyətə inteqrasiyasıdır. Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən genişmiqyaslı sosial dəstək proqramları bu kateqoriyadan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Mənzil və avtomobillə təminat, sosial ödənişlər, məşğulluq və tibbi-reabilitasiya tədbirləri dövlətin öz qəhrəmanlarına olan ehtiramının əməli ifadəsidir.
Zəfər Günü həm də gələcək nəsillər üçün böyük vətənpərvərlik məktəbidir. Bu Qələbə sübut etdi ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli rəhbərlik və müasir ordu qarşıya qoyulan ən mürəkkəb vəzifələri belə reallaşdırmağa qadirdir. Azərbaycan xalqı öz tarixini özü yazdı, öz torpaqlarını özü azad etdi və beynəlxalq aləmdə qalib xalq kimi öz layiqli yerini möhkəmləndirdi.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri əldə olunmuş tarixi nailiyyətlərin qorunması, milli birliyin daha da möhkəmləndirilməsi, sülh və təhlükəsizliyin təmin olunması, Azərbaycanın iqtisadi və siyasi qüdrətinin artırılmasıdır. Çünki milli birlik yalnız çətin sınaqlar zamanı deyil, dövlətin gələcək inkişafı və milli maraqların qorunması naminə hər zaman davamlı olmalıdır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əbədi xatirəsinə ehtiram, qazilərimizin şücaətinə minnətdarlıq və dövlətimizin qüdrətinin təcəssümüdür. Bu şanlı tarix heç vaxt unudulmayacaq, gələcək nəsillər tərəfindən daim ehtiramla yad ediləcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu Qələbə ilə Azərbaycan xalqı haqlı olaraq fəxr edəcək.
Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, Azərbaycanımız daim müstəqil və suveren olsun!
İlqar ilyasov
YAP Qaradag rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər