Əfsanəvi “Mahmut Hoca”nın oğlu görün nə işlə məşğuldur – Atasının peşəsini seçməyib
Tarix: 03-11-2026 | Saat: 19:43
Bölmə:Özəl | çapa göndər

Türk kinosunun unudulmaz simalarından olan, “Hababam Sınıfı” filmində “Mahmut Hoca”, “Bizim Aile”də isə “Yaşar Usta” obrazları ilə yadda qalan Münir Özkulun oğlunun həyatı maraq doğurub.
Məşhur aktyorun oğlu Ferdi Özkul atasının yolunu davam etdirməyərək tamam başqa sahədə fəaliyyət göstərməyi seçib.
Uzun illərdir Kanadanın paytaxtı Ottavada yaşayan Ferdi Özkul qastronomiya sahəsində çalışır. Məlumata görə, o, aşpazlıqla məşğul olmaqla yanaşı, şəhərdə altı restoran idarə edir.
Atasının milyonlarla tamaşaçının sevgisini qazanmasına baxmayaraq, Ferdi Özkul aktyorluqdan uzaq duraraq öz biznesini qurmağa üstünlük verib.
Qeyd edək ki, Münir Özkul dörd dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Şadan Özkul Işıqdan Ferdi və Hayriyə adlı iki övladı, aktrisa Suna Selenlə nikahından isə Güner adlı qızı dünyaya gəlib.
2018-ci il yanvarın 5-də vəfat edən Münir Özkulun dəfn mərasiminə Ferdi Özkul da Kanadadan gələrək qatılıb.
O, atasının son günlərində yanında olan Umman Özkula təşəkkürünü bildirərək “Mənim deyəcəyim tək bir şey var, Umman xanıma minnətdaram” sözlərini söyləyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-11-2026