“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi -Fotolar
Tarix: 30-10-2026 | Saat: 18:48
Bölmə:Ölkə | çapa göndər

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində “Dastan” Ənənəvi İncəsənət Mərkəzində gənc rəssam Zeynəb Babayevanın “OTHERWORLDS” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın qarışıq texnikada hazırladığı heykəltaraşlıq nümunələri nümayiş etdirilib.
Əsərlərdə insan obrazları, heyvanlar və fantastik personajlar bir araya gələrək fərqli bədii dünya yaradır. Zeynəb Babayevanın yaratdığı hər bir obraz özünəməxsus xarakteri, duyğuları və hekayəsi ilə seçilir. Rəssam əsərlərində müxtəlifliyin, xeyirxahlığın, sevginin, dostluğun və insanların olduğu kimi qəbul edilməsinin vacibliyini ön plana çəkir.
Sərgi tamaşaçıları təxəyyül sərhədlərini aşan, müxtəlifliyin gözəllik və qarşılıqlı anlaşma mənbəyinə çevrildiyi fərqli bir dünyanı kəşf etməyə dəvət edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2026