Mobil versiya
Hizbullahdan İsrailə sərt ultimatum – “Livandan çıxmasanız, məcbur edəcəyik”
Tarix: 29-10-2026 | Saat: 21:15
Bölmə:Özəl | çapa göndər

Hizbullahdan İsrailə sərt ultimatum – “Livandan çıxmasanız, məcbur edəcəyik”



Livanın Hizbullah təşkilatı İsrailin ölkənin cənubundakı hərbi mövcudluğuna qarşı sərt xəbərdarlıq edib. Təşkilat İsrail qüvvələrinin Livan ərazisindən çıxmasını tələb edir.

Hizbullahın baş katibi Şeyx Naim Qasım bildirib ki, İsraildə hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Livan ərazisindəki hərbi mövcudluğa son qoyulmalıdır.

“İsraildə hansı hökumətin hakimiyyətdə olması bizim üçün əhəmiyyət daşımır. Onlar Livan torpaqlarından çıxmalı və işğala son qoymalıdırlar”, – deyə Qasım vurğulayıb.

Hizbullah lideri İsrail qoşunlarının geri çəkilməyəcəyi təqdirdə təşkilatın onları buna məcbur edəcəyini bəyan edib.

Qasım İsraildəki siyasi vəziyyətə də toxunaraq seçki nəticələrinin ölkə daxilində dərin siyasi, iqtisadi və sosial problemlərin göstəricisi olduğunu iddia edib.

O, həmçinin ABŞ-ın Livanın daxili siyasi proseslərinə təsirini tənqid edərək bunu ölkənin suverenliyinə müdaxilə kimi qiymətləndirib.

Hizbullah rəhbərinin açıqlaması İsrail-Livan sərhədində gərginliyin davam etdiyi bir vaxtda səslənib. Təşkilat İsrail qüvvələrinin Livandan çıxarılması tələbini dəyişməyəcəyini bəyan edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2026