Azərbaycanda hotellərin 9 aylıq qazancı açıqlandı – Yarım milyarda yaxın gəlir
Tarix: 28-10-2026 | Saat: 22:13
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana və hotel tipli obyektlərin ümumi gəlirləri 497,3 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb. Gəlirlərin 63,7 faizi otaqların təqdim edilməsindən, 25,9 faizi ictimai iaşədən, qalan hissəsi isə sağlamlıq və digər xidmətlərdən əldə olunub.
Bununla belə, hotellərdə gecələmələrin sayı 6,6 faiz azalaraq 3 milyon 239 minə düşüb. Gecələmələrin 55,9 faizi Bakının payına düşüb. Qusar, Naftalan, Xaçmaz və Qəbələ də əsas turizm istiqamətləri sırasında yer alıb.
Xarici vətəndaşların hotellərdə keçirdiyi gecələmələrin sayı 1 milyon 845 min, Azərbaycan vətəndaşlarının isə 1 milyon 393 min olub. Xarici qonaqların gecələmələrinin 81,4 faizi paytaxtda qeydə alınıb.
Əcnəbi qonaqlar arasında Türkiyə, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Hindistan və Çin vətəndaşları xüsusi yer tutublar.
Diqqətçəkən məqamlardan biri də hotellərin doluluq göstəricisidir. Ölkə üzrə yerləşdirmə tutumundan istifadə səviyyəsi ötənilki 25 faizdən 23 faizə enib.
Ən yüksək göstəricilər Naftalanda 46,2 faiz, Neftçalada 42,8 faiz və Şabranda 40,7 faiz olub. Bakıda isə bu rəqəm 33,2 faiz təşkil edib.
Beləliklə, gecələmələrin sayında azalma müşahidə olunsa da, hotel sektorunun ümumi gəlirlərində cüzi artım qeydə alınıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-10-2026