Mobil versiya
Şəkidə mikroavtobus aşdı: 17 yaralı var
Tarix: 20-04-2017 | Saat: 17:27
Bölmə:Cəmiyyət | çapa göndər

Şəkidə mikroavtobus aşdı: 17 yaralı var



Şəkidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

AİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Nəticədə ikisi uşaq olmaqla 17 nəfərin xəsarət aldığı bildirilir.

Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi "Mercedes" markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin çıxması nəticəsində aşıb.

Hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.

Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsində yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024