Mobil versiya
YAP-ın VIII Qurultayından irəli gələn çağırışlar partiya üzvləri ilə müzakirə edilib -Fotolar
Tarix: 23-10-2026 | Saat: 17:15
Bölmə:Özəl | çapa göndər

YAP-ın VIII Qurultayından irəli gələn çağırışlar partiya üzvləri ilə müzakirə edilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli çıxışından irəli gələn məsələlərlə bağlı Aşağı Seyfəli kənd, Abbaslı kənd, Yuxarı Seyfəli kənd və Nərimanlı kənd ərazi partiya təşkilatlarında görüşlər keçirilib.
Görüşlər Ulu Öndər Heydər Əliyevin eləcə də Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə YAP Şəmkir rayon təşkilatının əməkdaşları Azər Qəhrəmanov, Zaur Məmmədov giriş sözü ilə açaraq Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi proqram xarakterli çıxışın ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən VIII Qurultay ölkəmizin yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlərin və strateji prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Rayon təşkilatının əməkdaşları partiya üzvlərini qurultaydan irəli gələn çağırışları fəaliyyətlərində əsas tutmağa, ictimai-siyasi fəallıqlarını artırmağa və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində məsuliyyətlə iştirak etməyə çağırıb.

Görüşlərdə ərazi partiya təşkilatlarının fəalları çıxış edərək Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, qurultayda müəyyənləşdirilən strateji hədəflər ölkəmizin davamlı inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizin qazandığı uğurlardakı rolu vurğulanıb. Eyni zamanda, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ərazi partiya təşkilatlarında təşkilati işlərin təkmilləşdirilməsi, gənclərlə işin genişləndirilməsi və əhali ilə əlaqələrin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, qurultaydan irəli gələn çağırışların uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvü fəallıq göstərməli, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına öz töhfəsini verməlidir.

Sonda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstək ifadə olunub, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsəd və vəzifələrin reallaşdırılması istiqamətində birgə və məqsədyönlü fəaliyyətin vacibliyi vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026