Mobil versiya
Tovuzda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub -Fotolar
Tarix: 23-10-2026 | Saat: 16:27
Bölmə:Özəl | çapa göndər

Tovuzda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

YAP Tovuz rayon təşkilatının ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər davam etdirilir.

aia.az xəbər verir ki, ilk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, aparatın məsləhətçisi Emin Feyzizadə, ərazi partiya təşkilat sədrləri, müavinləri və partiya fəalları iştirak edib.

Çıxış edənlər YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, ərazi partiya təşkilat sədrləri Nurəddin Nağıyev, Zülfiyyə Məmmədli, partiya fəalı Ramiz Quliyev, müharibə veteranı Etibar Həsənov çıxışlarında VIII Qurultayda cənab Prezident tərəfindən səsləndirilən mühüm məsələlərə toxunaraq, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ilk dəfə qurultayın keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdilər. Şərqi Zəngəzur və Qarabağ bölgələrində aparılan bərpa və quruculuq işləri, ölkəmizin gələcək inkişaf perspektivləri, milli ideoloji təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi, dövlətin xarici siyasət strategiyası və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsi barədə fikirlər səsləndirdilər.
Natiqlər bununla yanaşı, ölkədə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər, əməkhaqlarının və pensiyaların artırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məsələlərini qeyd etdilər. Azərbaycanın beynəlxalq müstəvidə qazandığı nüfuz, ölkəmizə göstərilən hörmət və etimad, dövlətlərarası münasibətlərin inkişafı, milli maraqların qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğuladılar. Eyni zamanda, qurultayda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinin, milli həmrəyliyin qorunmasının və ölkəmizin davamlı inkişafına töhfə verilməsinin vacibliyini diqqətə çatdırdılar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026