Mobil versiya
"Vaxtilə parlamentdə küçə söyüşləri söyülüb" - Deputat
Tarix: 20-04-2017 | Saat: 15:28
Bölmə:Siyasət | çapa göndər

"Vaxtilə parlamentdə küçə söyüşləri söyülüb" - Deputat



Bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə keçiriləcək iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

AzVision.az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, vaxtilə parlamentdə küçə söyüşünün söyülməsi halları olub: “Həmin şəxslər buna görə layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə qanun layihəsinin hazırlanması zəruri idi. Amma deputat hər kiçik insidentə görə parlamentdən xaric olunmalı deyil”.

MM üzvü Rövşən Rzayevin fikrincə, ilk olaraq deputatın cəmiyyətdə hörmətinin bərpasına nail olunmalıdır. Deputat bu qanun layihəsini dəstəklədiyini qeyd edib.

Çıxış edən digər deputatlar Rafael Cəbrayılov, Əflatun Amaşov, Elman Nəsirov, Hikmət Babayev və digərləri qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.

İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, layihə bütün komitələrin müzakirəsinə verilməlidir: “Yaxşı olardı ki, komitələr layihə ilə bağlı yazılı rəy versinlər. Hesab edirəm ki, bütün komitələr müzakirələrdə fəal iştirak etməlidirlər”.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024