ABŞ-dan 1,5 milyard dollarlıq qərar – Pentaqon mikroçip istehsalına sərmayə yatırır
Tarix: 21-10-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

ABŞ hökuməti ölkə daxilində qabaqcıl mikroçiplərin istehsalını genişləndirmək üçün yeni investisiya planını açıqlayıb.
Prezident Donald Tramp Şimali Karolina ştatında çıxışı zamanı bildirib ki, Pentaqon yarımkeçirici çiplərin istehsalına 1,5 milyard dollar vəsait ayıracaq.
Trampın sözlərinə görə, əsas məqsəd ABŞ-ın texnoloji istehsal imkanlarını artırmaq və xarici ölkələrdən mikroçip idxalından asılılığı azaltmaqdır.
Amerika prezidenti daha əvvəl də ölkədə iri çip istehsalı müəssisələrinin qurulduğunu və gələcəkdə daxili tələbatın yerli istehsal hesabına ödənilməsini hədəflədiklərini bildirmişdi.
Mikroçiplər hərbi texnologiyalar, süni intellekt sistemləri, rabitə avadanlıqları və müasir elektronika sənayesi üçün strateji əhəmiyyət daşıyır.
Yeni sərmayənin konkret hansı müəssisələrə yönəldiləcəyi və istehsalın nə vaxt başlayacağı barədə əlavə məlumat açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-10-2026