Mobil versiya
İraqdan İrana qarşı sərt addım – Sərhəd keçidlərinin əksəriyyəti bağlandı
Tarix: 21-10-2026 | Saat: 21:15
Bölmə:Özəl | çapa göndər

İraqdan İrana qarşı sərt addım – Sərhəd keçidlərinin əksəriyyəti bağlandı




İraqın İranla sərhəd keçid məntəqələrinin böyük hissəsini qeyri-müəyyən müddətə bağladığı bildirilir.

“Shafak News”un məlumatına görə, qərar sentyabr ayında Səudiyyə Ərəbistanının neft infrastrukturuna İraq ərazisindən həyata keçirilən hücumlarla bağlı araşdırmalardan sonra qəbul edilib.

İraq tərəfinin İranın həmin hücumlarda iştirakına dair sübutlar əldə etdiyi iddia olunur.

Məlumata əsasən, Tehran Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə hücumda iştirak etməkdə, həmçinin İraqın sərhəd bölgələrinə pilotsuz uçuş aparatları üçün komponentlər göndərməkdə şübhəli bilinir.

Xatırladaq ki, sözügedən neft kəmərinə sentyabrın 11-də hücum edildiyi bildirilir. Ertəsi gün İraq ərazisindən pilotsuz uçuş aparatlarının buraxılması ilə bağlı məlumatların ardından Maysan əyalətinin hərbi komandanlığında kadr dəyişikliyi aparılıb.

Sərhəd məntəqələrinin bağlanması və İrana qarşı irəli sürülən ittihamlarla bağlı Bağdad və Tehran hələlik rəsmi açıqlama verməyiblər.

Keçidlərin nə vaxt yenidən açılacağı isə məlum deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2026