Yardımlıda “fövqəladə vəziyyət”: Mərkəzə giriş-çıxış məhdudlaşdırılıb
Tarix: 12-10-2015 | Saat: 12:14
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
İcra başçısı təlimat verib: Musa Qasımlı camaatla görüşə polislə gedir
Dünəndən etibarən Yardımlı Polis Şöbəsi gücləndirilmiş iş rejiminə keçib.
Rayonun bütün giriş və çıxış qapıları nəzarətə götürülüb, maşılar yoxlanılaraq buraxılır. Bu barədə Jam.az-a rayondan məlumat veriblər.
Məlumatda deyilir ki, rayonda “fövqəladə vəziyyət”in elan edilməsinə səbəb 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən hakimiyyətin namizədi olan Musa Qasımlının “təhlükəsizliyini” təmin etməkdir. Və bu barədə təlimatı icra başçısı Sevindik Hətəmov şəxsən verib.
Verilən məlumatda o da deyilir ki, Musa Qasımlı seçiciləri ilə görüşə polis müşayəti ilə gedir. Belə ki, dünən rayonun Çayüzü kəndində seçicilərlə görüşə gedən Qasımlı polisin müşayəti altında yaşayış məntəqəsinə daxil olub. Onunla görşə heç kim gəlməsə də, polisin və yerli icra nümayəndəsi ilə bələdiyyənin təkidi, xahişi və minnətiylə 5-6 nəfər bir araya gələrək, professorun danışıqlarına qulaq asıblar.
Qeyd edək ki, seçkilərdə polisin məsələyə müdaxiləsi qanunla qadağandır. Onlar yalnız təhlükəsizliyin təmin edilməsi ilə məşğul ola bilərlər. Və bunu da uzaqdan həyata keçirmək yoluyla.
Təəccüblüdür ki, özünü “xalqın adamı” adlandıran Musa Qasımlı camaatdan o qədər qorxur ki, polisi özüylə yançı aparır? Madam qorxursa, nədən həmin dairədən seçilməyə çalışır?
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024