Polşa sərhəddə nəzarəti sərtləşdirir: Rejim daha 6 ay qüvvədə qalacaq
Tarix: 06-10-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Polşa Litva ilə sərhəddə tətbiq etdiyi müvəqqəti nəzarəti yaxın zamanda ləğv etməyi planlaşdırmır. Mövcud rejimin müddəti daha altı ay uzadılıb.
Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski bildirib ki, sərhəd nəzarətinin nə vaxt tam dayandırılacağını indidən söyləmək çətindir. Onun sözlərinə görə, buna imkan verən təhlükəsizlik şəraiti yarandıqdan sonra qərara yenidən baxılacaq.
Polşa hakimiyyəti Almaniya və Litva ilə sərhədlərdəki müvəqqəti nəzarətin müddətini 2026-cı il oktyabrın 2-dən 2027-ci il aprelin 2-dək uzadıb.
Litva istiqamətində nəzarətin davam etdirilməsinin əsas səbəblərindən biri qanunsuz miqrasiya marşrutlarıdır. Bildirilir ki, üçüncü ölkələrdən gələn bəzi miqrantlar Belarusdan Latviya və Litvaya, oradan isə Polşa üzərindən Qərbi Avropaya keçməyə çalışırlar.
Beləliklə, Polşa ən azı 2027-ci ilin aprelinədək Litva ilə sərhəddə mövcud nəzarət rejimini qoruyacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-10-2026