ABŞ və Qərbin ən çox qorxduğu ssenari reallaşır: Avropa ölkələri niyə Rusiyanın qələbəsinə hazırlaşır
Tarix: 30-09-2026 | Saat: 22:22
Bölmə:Özəl | çapa göndər

Avropa qitəsinin müdafiə sənayesi və təhlükəsizlik arxitekturası ilə bağlı məhz gələcəyə yönəlik manevrlər, Ukrayna savaşından sonrakı qlobal vəziyyətin necə olacağından Qərb ölkələrinin ciddi narahatlığını göstərir... Və bu baxımdan, “qoca qitə” ölkələri Rusiyanın Ukrayna üzərində əvvəl-axır qalib gələ bilcəyini də nəzərə alaraq, bütün istiqamətlər üzrə yeni müharibə ehtimalına uyğun hazırlığı davam etdirməyə çalışırlar...
Ukrayna savaşı ilə bağlı siyasi-diplomatik kanalların yenidən hərəkətə gətirilməsinə paralel olaraq, hərbi qarşıdurmanın daha da intensivləşdirilməsi olduqca ziddiyyətli situasiya yaradıb. Belə ki, Ağ Ev sahibi Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskidən öz aralarında razılaşma əldə etmələrini tələb edir. ABŞ prezidenti ümid edir ki, münaqişə tərəfləri arasında razılaşma yaxın gələcəkdə, hətta “güclü soyuqlar” başlamazdan öncə mümkün ola bilər. Ancaq Ağ Ev sahibinin israrlı sülh çağırışlarına baxmayaraq, Rusiya və Ukrayna arasında qarşılıqlı hərbi zərbələrin intensivləşməsi bu müharibənin hələ də uzunmüddətli savaş ssenarisindən çıxmadığını göstərir.
Əslində, ABŞ prezidenti Donald Trampın verdiyi mesajın əsas məğzi ondan ibarətdir ki, Ağ Ev münaqişə tərəflərindən artıq konkret siyasi nəticələr gözləyir. Ağ Ev sahibi hesab edir ki, həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski bir-biriylə mümkün qədər tez bir zamanda anlaşmaq istəyirlər. Və ABŞ prezidentinin bu yanaşma tərzi, Ağ Evin siyasi-diplomatik prosesin sürətləndirilməsinə paralel olaraq, şaxtalı qış aylarına qədər ən azından müharibənin intensivliyinin azaldılması məqsədilə qarşıduran tərəflərə birbaşa təzyiqlərini göstərir.
Məsələ ondadır ki, son vaxtlar Ağ Ev təmsilçilərinin həm Kreml, həm də rəsmi Kiyevlə təmasları sıxlaşdırması da ABŞ-ın “sülh xətti”ni daha ön plana çıxartmağa cəhd göstərdiyini biruzə verir. ABŞ və Rusiya nümayəndələrinin Vaşinqtonda keçirdikləri son danışıqlarda Ukrayna müharibəsinin dayandırılması ilə yanaşı, həm də iki ölkə arasında yaxın gələcək üçün daha genişmiqyaslı enerji əməkdaşlığının da müzakirə edildiyi bildirilir. Halbuki, siyasi-diplomatik masanın digər tərəfində isə tamamilə fərqli proseslərin ön planda olduğu müşahidə edilir.
Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski Kremlin yeni hərbi səfərbərlik imkanlarını daha da genişləndirdiyini, Rusiya ordusuna çağırılanların sayını ciddi şəkildə artırdığını və xarici ölkə vətəndaşlarının da daha fəal şəkildə hərbi xidmətə cəlb edilməsini planlaşdırdığını iddia edib. Kreml isə əlavə səfərbərlik hazırlığı ilə bağlı rəsmi Kiyevin iddialarını israrla təkzib edir. Hətta Rusiya prezidenti Vladimir Putin hazırda ölkədə səfərbərliyə ehtiyac yaradan elə bir ciddi hərbi-siyasi ssenarinin olmadığını deyib.
Ancaq bununla belə, Ukrayna savaşının beynəlmiləlləşmə xarakterini məhz Şimali Koreya faktoru daha da qabarıq şəkildə biruzə verır. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamasına görə, hazırda Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisi var və daha 10 min nəfərin göndərilməsi üçün hazırlıq prosesi başlayıb. Və Ukrayna prezidenti həmçinin Rusiyanın Şimali Koreyaya texniki dəstək verdiyini, bu ölkənin paytaxtı Pxenyanda artıq “Shahed” tipli zərbə dronlarının istehsalına başlanıldığını da iddia edir.
Təbii ki, bu məlumatlar Rusiya-Şimali Koreya hərbi əməkdaşlığının miqyasının daha da genişlənməsi barədə bundan əvvəlki iddialarla böyük ölçüdə üst-üstə düşür. Üstəlik, “Reuters” də rəsmi Kiyevin 8 mindən çox Şimali Koreya hərbçisinin Rusiyada olması və daha 10 min nəfərin göndəriləcəyi barədə iddialarının başqa mənbələr tərəfindən təsdiqləndiyini vurğulayır. Və bu, o deməkdir ki, Şimali Koreya artıq tədricən Rusiyanın tərəfində Ukrayna savaşının birbaşa iştirakçısına çevrilməyə başlayıb.
Digər tərəfdən, Rusiya son vaxtlar Ukrayna paytaxtı Kiyevə və şəhərin ətrafına yönəlik raketlərlə və PUA-larla hücumları daha da gücləndirib. Ona görə də, Ukraynanın rəsmi dairələri xüsusilə də şaxtalı qış yaxınlaşdıqca, Rusiyanın enerji infrastrukturuna zərbələri artıra biləcəyindən ciddi şəkildə narahatdırlar. Çünki “Associated Press2in məlumatına görə, yalnız sentyabr ayında Rusiya tərəfindən Ukraynaya qarşı 3 mindən çox reaktiv mühərrikli PUA hücumu edilib.
Bunun qarşılığında Ukraynanın Rusiyaya yönəlik cavab hazırlığının ən önəmli faktorlarından biri isə hava hücumundan müdafiə imkanlarının mümkün qədər genişləndirilməsi ilə bağlıdır. Bu baxımdan, Polşanın “Patriot” raketlərinin Ukrayna ilə birgə istehsalının öz ərazisində təşkilini təklif etməsi xüsusilə böyük əhəmiyyət daşıyır. Rəsmi Varşava bildirib ki, əgər, ABŞ Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya verərsə, zavodun təhlükəsiz ərazidə, yəni, Polşada qurulması mümkündür. Və Polşa eyni zamanda, “Patriot” sistemləri üçün həm servis və həm də gələcək istehsal mərkəzi də yaratmaq niyyətindədir.
Bütün bunlar onu göstərir ki, Ukrayna böhranı ətrafında hazırda paralel olaraq, iki ziddiyyətli istiqamət formalaşır. Bir tərəfdə ABŞ prezidenti Donald Trampın “soyuqlar başlamazdan əvvəl” Putin-Zelenski razılaşmasına nail olmaq cəhdi dayanır. Digər tərəfdə isə Rusiya hərbi potensialını, Ukrayna hava hücumundan müdafiə imkanlarını və Polşa isə müdafiə sənayesini genişləndirməyə cəhdlər göstərir.
Halbuki, rəsmi Varşavanın “Patriot” istehsalını Polşa ərazisinə çəkmək təşəbbüsü Ukrayna müharibəsinin yalnız savaş meydanında getmədiyini də göstərir. Yəni, bu, bütövlükdə Avropa qitəsinin müdafiə sənayesi və təhlükəsizlik arxitekturası səviyyəsində məhz gələcəyə yönəlik manevr təsiri bağışlayır. Belə anlaşılır ki, Qərb ölkələri Ukrayna savaşından sonrakı qlobal vəziyyətin necə olacağından da ciddi şəkildə narahatdırlar. Və bu baxımdan, Rusiyanın Ukrayna üzərində əvvəl-axır qalib gələ bilcəyini də nəzərə alaraq, bütün istiqamətlər üzrə yeni müharibə ehtimalına uyğun hazırlığı davam etdirməyə çalışırlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-09-2026