Mobil versiya
Netanyahu çıxışı Türkiyədə mübahisə yaratdı: Azərbaycan niyə hədəfə çevrildi?
Tarix: 28-09-2026 | Saat: 20:44
Bölmə:Özəl | çapa göndər

Netanyahu çıxışı Türkiyədə mübahisə yaratdı: Azərbaycan niyə hədəfə çevrildi?




BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi Türkiyənin bəzi media və sosial şəbəkə dairələrində müzakirələrə səbəb olub. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası isə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırdığını açıqlayıb.

Komissiyanın mövqeyinə görə, sosial şəbəkələrdə yayılan bəzi materiallar Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərmək və iki ölkə cəmiyyətləri arasında fikir ayrılığı yaratmaq məqsədi daşıyır.

Deputat Azər Badamov hesab edir ki, Azərbaycan diplomatının Netanyahu çıxışı zamanı zalda qalması İsrail hökumətinin bütün siyasətinin dəstəklənməsi kimi təqdim edilə bilməz. Onun sözlərinə görə, Bakı müstəqil xarici siyasət yürüdür və həm Türkiyə, həm də İsraillə münasibətlərini milli maraqları əsasında qurur.

Badamov vurğulayıb ki, İsraillə əməkdaşlıq Azərbaycanın Fələstin məsələsindəki mövqeyini avtomatik dəyişmir. Onun fikrincə, ayrı-ayrı dövlətlərin beynəlxalq məsələlərdə fərqli taktiki mövqelərinin olması Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə qarşıdurma kimi təqdim edilməməlidir.

Deputat iki ölkə arasındakı münasibətlərin bir diplomatın davranışı və ya sosial şəbəkələrdəki mübahisələr əsasında qiymətləndirilməsinin doğru olmadığını bildirib. Onun mövqeyinə görə, əsas məsələ fikir ayrılıqlarının Azərbaycan və Türkiyə cəmiyyətləri arasında qarşıdurmaya çevrilməsinə imkan verməmək və münasibətləri qarşılıqlı maraqlar çərçivəsində qorumaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026